“VİB Ltd" olaraq 20 ilə yaxın bir müddətdir ki, fəaliyyət göstərir və yarandığı ilk gündən prioritet sahə olaraq geyim sektorunu seçmişik. İlk mağazamız olan “Enjoyment”i 1996-cı ildə istifadəyə vermişik. Hal-hazırda Bakı şəhərində 12, Gəncə şəhrində isə 1 ədəd, ümumi sahəsi 1800 kv m. olan 13geyim, aksesuar və ayaqqabı mağazamız fəaliyyət göstərir. “VİB Ltd” şirkətində hal-hazırda 141nəfər əməkdaş çalışmaqdadır.
Mağazalarımızda Almaniya, İtaliya, Türkiyə, Fransa, Belçika, Hollandiya və İngiltərənin 60-dan çox kişi, 50-dən çox isə qadın geyim, aksesuar və ayaqqabı markaları təqdim edirik.
“VİB Ltd”-ə daxil olan mağazalar:
“Elena Miro” – mono brend, qadın;
“Enjoyment” – multi brend, qadın (2 mağaza);
“Euromoda” – multi brend, kişi və qadın (2 mağaza);
“Faik Sönmez” – mono brend, qadın (4 mağaza)
“Marina Yachting” – mono brend, kişi və qadın;
“Perspective” – mono brend, qadın;
“Ramsey” – mono brend, kişi (2 mağaza).